AZ

Təyyarənin qara qutuları bu tarixdə deşifrə olunacaq

Sabah ekspertlər Aktauda qəzaya uğrayan təyyarənin qara qutularının məlumatlarını deşifrə etmək üçün Qazaxıstana gələcəklər.   Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev Aktauda keçirdiyi brifinqdə deyib. "Bütün ölkələrin əməl etdiyi bir alqoritm və standartlar var. İndi fraqmentlərin və detalların toplanması prosesi gedir. Təyyarəni istehsal edən ölkə Braziliyanın, eləcə də hava daşıyıcısının nümayəndələri də daxil olmaqla, ekspertlər sabah gələcək. Onlar gəldikdən sonra məlumatların şifrəsini necə açmaq barədə qərar veriləcək. Bu qurulmuş alqoritmdir", - nazir müavini vurğulayıb.

Nazir müavini qeyd edibki, əvvəlcə təyyarə qəzasını araşdırmaq üçün komissiya yaradılacaq. Məhz bu komissiya bütün mövcud məlumatlar və şərait əsasında qara qutularla işləmək barədə qərarlar qəbul edir.

Seçilən
17
manset.az

1Mənbələr