AZ

Təyyarə qəzasında yaralanan daha 7 vətəndaşımız "Yeni Klinika"ya gətirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişintəyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində yaralanan daha 7Azərbaycan vətəndaş “Yeni Klinika”ya gətirilib.

Trend xəbər verir ki, yüngül xəsarətlər alan vətəndaşlarımızAZAL-ın xüsusi reysi ilə Bakıya gətiriliblər.

Qeyd edək ki, bir qədər öncə “Azərbaycan Hava Yolları”aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən“Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzayauğraması nəticəsində yaralanan daha 7 Azərbaycan vətəndaşı və həlakolan 4 nəfərin nəşi Aktau şəhərindən Bakıya gətirilib.

Bir neçə saat əvvəl isə qəzada ağır yaralanmış 7 Azərbaycanvətəndaşı FHN-nin xüsusi təyyarəsi ilə ölkəyə gətirilib. Qəzadaxəsarət almış vətəndaşları təyyarədə xüsusi həkim briqadasımüşayiət edib.

Onlar da “Yeni Klinika”ya yerləşdirilib.

Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfərAzərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.

Təyyarə
Təyyarə
Təyyarə
Təyyarə
Seçilən
21
6
az.trend.az

2Mənbələr