Bakı. Trend:
Reanimasiyada olan xəstənin vəziyyəti ağır, digərlərininvəziyyəti isə kafi olaraq qiymətləndirilir.
Trend xəbərverir ki, bunu "Yeni Klinika"nın baş həkimi Eldar Əhmədov təyyarəqəzasında yaralananların vəziyyəti ilə bağlı jurnalistlərəaçıqlamasında deyib.
O bildirib ki, xəstələrdən biri sabah əməliyyat olunacaq:
"Dünən təqribən saat 19 radələrində xəstəxanamıza 14 xəstə daxiloldu hansı ki, bu xəstələr gəlməmişdən əvvəl bütün xəstəxanadacərrahi briqada, orto-travmatoloji, neyro-cərrahi briqada ilə birgəhazır vəziyyətdə gözlədik. Xəstələri qəbul etdik və onlar müvafiqşöbələrə yerləşdirildi. Hal- hazırda 14 xəstəmiz var. Onlardan birireanimasiyada olmaq şərti ilə xəstələrin müalicəsi stasionarşəraitdə davam etdirilir. Reanimasiyada olan xəstənin vəziyyətiağır, digərlərinin vəziyyəti isə kafi olaraq qiymətləndirilir.Xəstələrin diaqnozları bədənin müxtəlif nayihələrində küttravmalar, bədən cızıqları, yüngül sümük sınıqlarıdır. Yalnız birxəstəmizdə baldır sümüyünün açıq qəlpəli sınığı aşkarlanıb. Onun daəməliyyatı planlaşdırılır. Çox güman sabah o xəstə əməliyyataalınacaq",- deyə o əlavə edib.
Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan"Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kmməsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfərAzərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, ikiekipaj üzvü isə sağ qalıb.
26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədigətirilib.
Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalqaviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlaraparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruritədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekunnəticələr açıqlanacaq.