AZ

Təyyarə qəzasında həlak olan digər 22 nəfərin meyiti zəruri tədbirlər bitdikdən sonra Azərbaycana gətiriləcək - RƏSMİ

Bakı. Trend:

Qəza nəticəsində həlak olmuş 26 Azərbaycan vətəndaşından 4-nüncəsədinin ölkəyə gətirilməsi və dəfn olunması ilə bağlı zəruritədbirlər görülüb.

Trend xəbər verir ki, bubarədə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmışDövlət Komissiyasının iclasında bildirilib.

Həlak olmuş digər 22 şəxsin cəsədlərinin məhkəmə-tibbiekspertiza və digər zəruri tədbirlər bitdikdən sonra tezlikləölkəmizə gətirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan"Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kmməsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfərAzərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, ikiekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədigətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalqaviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlaraparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruritədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekunnəticələr açıqlanacaq.

Məqalədə:
Seçilən
69
3
az.trend.az

10Mənbələr