AZ

Dəmir yollarında turniketlərdən üztanıma ilə keçmək mümkün olacaq - RƏSMİ

Bakı. Trend:

Rəqəmsal həllər sayəsində sərnişindaşıma sahəsində də yeniliklərhəyata keçirilib. Ötən il istifadəyə verilmiş “ADY Mobile”tətbiqinin mobil cihazlara yüklənmə sayı 166 mini ötüb.Sərnişinlərin təqribən 70 faizi biletlərini onlayn alır.

Trend bu barədə səhmdar cəmiyyətinə istinadənxəbər verir.

Məlumata görə, yeniliklərdən biri ölkədaxili sərnişinqatarlarına minik zamanı fiziki şəxsiyyət vəsiqəsinə olan tələbinaradan qaldırılması ilə bağlı olub. Artıq “My.gov.az” portalındanQR kod vasitəsilə elektron vəsiqəni təqdim etmək kifayətdir.

Hazırda turniketlərdən üztanıma sistemi vasitəsilə keçid üçünişlər görülür. Bu, pik saatlarında turniketlərdə sıxlığınyaranmasının qarşısını alacaq. Layihənin əvvəlcə pilot şəklində işəsalınması planlaşdırılır.

Seçilən
7
1
az.trend.az

2Mənbələr