ABŞ Ukraynaya İsrailin düşmən raketlərindən qorunmaq üçün istifadə etdiyi "Dəmir günbəz"in analoqunu verməlidir. Rusiyaya Vaşinqtonun hərbi güc tətbiq etməyə hazır olduğunu başa salmaq lazımdır...
Poliqon xəbər verir ki, bnu LIGA.net saytına şərhində amerikalı siyasətçi və keçmiş müdafiə naziri Leon Panetta deyib.
"Biz Putinə başa salmalıyıq ki, heç bir halda Rusiyanın Ukraynada uğur qazanmasına imkan verməyəcəyik. Bu, Kiyevi qabaqcıl silahlarla təmin etmək, Rusiyadakı hədəfləri vurmaq, lazım gələrsə, pilotsuz təyyarələri və raketlərini onların Ukrayna torpağına hücumlarından əvvəl də məhv etmək deməkdir", deyə o, jurnalistlərə bildirib.
ABŞ-ın keçmiş müdafiə naziri əlavə edib ki, ABŞ Ukraynaya "Dəmir günəz"in ekvivalentini verməlidir. O vurğulayıb ki, İsrail onun köməyi ilə İran və müttəfiqlərinin atdığı raketlərin 90%-dən çoxunu vurmağa qadirdir:
"Kiyev də eyni qabiliyyətə malik olmalıdır. Biz indi daha çox verməliyik. Çünki məqsəd Ukraynaya müharibədə təşəbbüsü bərpa etmək imkanı vermək və Putinə uğur qazana bilməyəcəyini başa düşməkdir".
Poliqon.info