AZ

Cənubi Koreyada təyyarə qəzaya uğrayıb, 28 nəfər ölüb

Pekin, 29 dekabr, AZƏRTAC

Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş edərkən qəzaya uğraması nəticəsində azı 28 nəfər ölüb.

AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, “Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb. Nəticədə yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub. İlkin ehtimala görə qəzaya səbəb şassi problemi olub.

Hadisə yerinə gələn xilasediclər 2 nəfəri sağ çıxarıblar. Hazırda axtarış-xilasetmə işləri davam edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
134
3
azertag.az

10Mənbələr