“Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yetirən yetirən “Boeing 737-800” təyyarəsi Muan hava limanında eniş edərkən uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, qəza zamanı 122 nəfərin öldüyü artıq təsdiqlənib.
Təyyarənin göyərtəsində 181 nəfər olub. Xilasetmə və axtarış işləri davam edir.
Koreya Respublikasının səlahiyyətliləri hesab edirlər ki, qəzaya uğrayan təyyarənin göyərtəsində olan insanların çoxu (175 sərnişin və 6 ekipaj üzvü) xilas edilmiş 2 nəfər istisna olmaqla, həlak olub.
Koreya Respublikası Prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Baş nazirin müavini, maliyyə naziri Çxve San Mok Colla-Namdo əyalətindəki Muan hava limanında təyyarə qəzası yerinə gedib.
Qəza ilə əlaqədar Muan Beynəlxalq Hava Limanında bütün daxili və beynəlxalq reyslər ləğv edilib.