Bakı. Trend:
Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişintəyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləriHeydər Əliyev Beynəlxalq Aeroportundan dəfn üçün II Fəxri xiyabanayola salınır.
Trend xəbərverir ki, həlak olanlar arasında olan ekipaj üzvləri – pilotlarİqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva bugün II Fəxri xiyabanda dəfn olunacaqlar.
Xatırladaq ki, bu gecə “Azərbaycan Hava Yolları” aviaşirkətininJ2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190”təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsindəhəlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, AleksandrKalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişininnəşləri Bakıya gətirilib.
Qeyd edək ki, daha öncə bu qəzada həlak olan 4 nəfərin nəşi vəyaralanan 14 nəfər Bakıya gətirilib.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan"Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kmməsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfərhəlak olub, 29 nəfər isə yaralanıb.
Xəbər yenilənəcək