AZ

Niyazi Bayramov Uşaq evi SXM-nin sakinlərini Yeni il münasibətilə təbrik edib


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərdə fəaliyyət göstərən ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb.

APA-nın yerli bürosu xəbər verir ki, görüşdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları da iştirak ediblər.
Niyazi Bayramov uşaqları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib, onlara uzun ömür, cansağlığı və xoşbəxtlik arzulayıb.
Uşaqlar şəhərdə fəaliyyət göstərən ticarət mərkəzinin nəzdində yerləşən “Gənclənd” mini istirahət məkanında bir-birindən maraqlı atraksionlarda əyləniblər. Həmçinin, Şaxta baba və cizgi filmi qəhrəmanları ilə birgə əyləncə dolu anlar keçiriblər. Daha sonra uşaqlar rəsmilərlə birgə nahar ediblər.
Uşaq evi sosial xidmət müəssisəsinin direktoru Nazilə İsmayılova dövlət tərəfindən uşaqlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürünü bildirib.
Sonda “Gənclənd” tərəfindən Uşaq evi SXM-nın sakinlərinə müxtəlif hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Niyazi Niyazi Niyazi Niyazi Niyazi Niyazi Niyazi Niyazi
Seçilən
60
1
apa.az

2Mənbələr