Həkimlər ağır vəzyyətdə olan aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, o, süni tənəffüs aparatına qoşulub.
Bu barədə “Report”a Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova bildirib.
O, qeyd edib ki, həkimlərin səyi nəticəsində aktyorun ürək fəaliyyəti bərpa edilib. Xəstə süni tənəffüs aparatına qoşulub. A.Baxşəliyevin vəziyyəti həddən artıq ağır kritikdir.
Hazırda onun müalicəsi ATU Tedris Cerrahiyye Klinikasinda davam etdirilir.
Xatırladaq ki, bir müddət əvvəl aktyorun ölüm xəbəri yayılıb.
***
Koma vəziyyətində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilən tanınmış aktyor Azər Baxşəliyev dünyasını dəyişib.
Korrespondent.az bildirir ki, bu barədə ATU-dan məlumat verilib.
Məlumata görə, 1985-ci il təvəllüdlü aktyor uzun müddət idi böyrək çatışmazlığından əziyyət çəkirdi və əməliyyat üçün donor axtarırdı.
Qeyd edək ki, Azər Baxşəliyev “Bozbash pictures”də “Ağsaqqal” obrazı ilə məşhurlaşıb.
Evli idi, bir övladı yadigar qalıb.
Allah rəhmət eləsin!