AZ

Bayden Messiyə ABŞ-nin ən yüksək mülki mükafatını verəcək


ABŞ-də 19 nəfər Prezident Azadlıq medalı ilə təltif olunacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən məlumatda deyilir.
Bildirilib ki, onlara medalı hazırkı Amerika lideri Co Bayden təqdim edəcək.
Mükafat alanlar arasında Demokratlar Partiyasından 2016-cı il prezident seçkilərində iştirak etmiş ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton, amerikalı milyarder Corc Soros, amerikalı modelyer Ralf Lauren, argentinalı futbolçu Lionel Messi, irlandiyalı musiqiçi Bono və amerikalı aktyor Denzel Vaşinqton da var.
Seçilən
80
yeniavaz.com

1Mənbələr