Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə metapnevmovirusun (HMPV) yayılması barədə məlumatlara münasibət bildirib.
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, Tokayev bu barədə Astanada Avrasiya Milli Universitetinin Tələbələr Evini ziyarət edərkən danışıb.
O, sözügedən məsələ ilə bağlı ajiotaj yaratmamaq lazım gəldiyini bildirib: \"Hazırda hamı yeni infeksiyadan danışır. Ajiotaj yaratmaq lazım deyil. Çinlə əməkdaşlığı bundan sonra da inkişaf etdirmək lazımdır”.
Xatırladaq ki, Qazaxıstan Səhiyyə Nazirliyi ölkədə ötən ilin oktyabrın 1-dən bu yana metapnevmovirusa 30 yoluxma halının qeydə alındığını açıqlayıb.