Ölkə.az xəbər verir ki, Azərbaycan “Vikipediya” icmasının üzvləri Azərbaycan dilində olan məqalələrinin sayının çoxalması istiqamətində sistemli şəkildə çalışırlar.
Artıq Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini keçib. Mövcud olan redakətlərin sayı 8 milyona çatmaqdadır. Bu ay redaktələrin sayının 8 milyona keçməsi gözlənilir. Diqqət çəkən məqamlardan biri də bu günlərdə “Vikipediya”nın Azərbaycan dili bölməsində dərinik (keyfiyyət) göstəricisi 50-yə yüksəlib. Bu həm də onu göstərir ki, ortada keyfiyyətli iş əmsalı mövcuddur. Bu həm də Azərbaycan dili bölməsinin digər dil bölmələri arasında mövqeyini gücləndiyini göstərir.