Yanvarın 5-də vəfat edən aktyor Azər Baxşəliyevin xanımı Nigar Baxşəliyeva onun dostlarından həyat yoldaşı ilə bağlı xahiş edib.
Bizim.Media xəbər verir ki, bu barədə İlkin Həsəni “Xəzər axşamı” verilişinin mərhum aktyora həsr olunan buraxılışında deyib.
“Dünən Azərlə sağollaşanda, xanımı Nigar dedi ki, “hamınızdan çox xahiş edirəm, Azərlə bağlı ancaq pozitiv şeylər paylaşın. Onun gülməyini, zarafatlaşdığı videoları bölüşün. İstəyirəm ki, onunla bağlı pozitiv xatirələr danışılsın. Xahiş edirəm, qəmli sözlər yazmayın, qəmli danışmayın”. Biz də dostları olaraq buradayıq ki, onunla bağlı yalnız və yalnız təbəssümlə danışmaq lazımdır”, - İlkin bildirib.
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində yerləşdirilib. Yanvarın 2-sində ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi. Mərhum bir neçə gündür süni tənəffüs aparatına qoşulmuşdu.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta