AZ

Türkiyə İsveçin NATO-ya üzvlük ərizəsini ilin sonuna qədər ratifikasiya edə bilər

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-dakı həmkarlarına bildirib ki, İsveçin təşkilata üzv olmaq ərizəsini ratifikasiya etmək üçün çox çalışır...Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.Materialda hazırda Türkiyə parlamentində Stokholmun Şimali Atlantika Alyansına qoşulması məsələsinin fəal müzakirə olunduğu göstərilir. Eyni zamanda, respublikanın xarici siyasət idarəsinin rəhbəri qərarın 2023-cü ilin sonuna qədər verilə biləcəyini vurğulayıb.Agentliyin mənbəsi bununla bağlı sualı cavablandırarkən qeyd edib ki, İsveçin NATO-ya üzv olmaq üçün müraciətinin ratifikasiya prosesi "bir neçə həftəyə" tamamlana bilər. Rəsminin sözlərinə görə, nazirlər səviyyəsində görüşün əsas mahiyyəti bundan ibarət olub.Noyabrın 28-də Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirib ki, ölkə rəhbərliyi Milad bayramına qədər İsveçin Şimali Atlantika Alyansına qoşulmasını gözləyir. Nazir ümid etdiyini bildirib ki, NATO-ya üzv olan bütün dövlətlər krallığın 2023-cü il dekabrın 25-dək təşkilata qoşulmaq istəyini təsdiq edəcəklər.Qeyd edək ki, İsveçin NATO-ya üzvlüklə bağlı ərizəsini hələlik yalnız Türkiyə və Macarıstan ratifikasiya etməyib. Ankara Stokholma bir sıra şərtlər təqdim edib və onların yerinı yetirilməsini istəyir.Poliqon.info

Seçilən
451
50
poliqon.az

10Mənbələr