AZ

Arda dubl etdi, ''Real'' 5 qol vurdu

İspaniya kubokunun 1/16 finalında ''Real'' 4-cü divizion təmsilçisi ''Deportivo Minera''nın qonağı oldu.

Oyun gözlənildiyi kimi Madrid nəhənginin böyük üstünlüyü ilə keçdi. Baxmayaraq ki, komanda heç də əsas heyətlə oynamadı. ''Football-plus.az'' xəbər verir ki, artıq ilk 28 dəqiqədə 3 qol vuran ''Kral klubu'' zəif rəqibini 5:0 hesabı ilə darmadağın etdi. Özü də nəzərə alaq ki, meydan sahiblərinin qapıçısı Fran Martines oyunu 16 seyvlə tamamlayaraq rekord qırdı.

Son 10 ildə İspaniyada bütün turnirlər nəzərə alınmaqla bir qapıçının La Liqa klubuna qarşı oyunda bu qədər seyv etməsi faktına rast gəlinməmişdi. Matçın ən diqqətçəkən oyunçusu isə Arda Gülər oldu. İki qol vuran gənc türkiyəli ulduz ''Real''ın heyətində 34-cü rəsmi oyunda 2-ci dəfə dubl etdi və ümumilikdə vurduğu qolların sayını 9-a çatdırdı. Arda ötən mövsüm La Liqanın 37-ci turunda ''Vilyarreal'' ilə səfər oyununda (4:4) da dubl etmişdi. ''Real''ın digər qollarını Valverde, Kamavinqa və Modriç vurdu. ''Valensiya''ya qarşı son La Liqa matçında fərqlənməklə mövsümdə ilk qolunu vuran Modriç indi də karyerasında ilk dəfə İspaniya kubokunda qol sevinci yaşadı. Halbuki o, bu turnirdə 13-cü mövsümünü keçirir! 39 yaş 119 günlüyündə fərqlənən Modriç həm də özünə məxsus rekordu bir qədər də yenilədi.

O hələ ''Valensiya'' ilə oyunda fərqlənməklə Ferents Puşkaşın göstəricisini (39 yaş 115 gün) bir gün yaxşılaşdıraraq ''Real'' tarixində rəsmi oyunlarda qol vuran ən yaşlı futbolçuya çevrilmişdi.

ƏLİ

Seçilən
42
football-plus.az

1Mənbələr