Çinin Tibet Muxtar Bölgəsində dünən baş verən 6,8 bal gücündə zəlzələdən sonra maqnitudası 4,4-ə çatan 500-dən çox afterşokun yaşandığı bildirilib.
Bakıvaxtı.az bu barədə yerli KİV-lərə istinadla xəbər verir.
Məlumata görə, 126 nəfərin öldüyü, 188 nəfərin yaralandığı zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinin 14 mindən çox personalla davam etdiyi, 407 nəfərin dağıntılar altından xilas edildiyi açıqlanıb.
İtkin düşənlərin sayı ilə bağlı məlumat verilməyib.
Əli Hüseynov