AZ

İranda həbs olunan əcnəbi jurnalist sərbəst buraxıldı

İranda həbs edilən italiyalı jurnalist Sesiliya Sala sərbəst buraxılıb.

Yenisabah.az AP-yə istinadla xəbər verir ki, bu barədə İtaliya baş nazirinin dəftərxanası məlumat yayıb.

Sala artıq vətəninə yola düşüb.

Hələlik bununla bağlı İran rəsmiləri heç bir açıqlama verməyib.

Sesiliya Sala dekabrın 23-də jurnalist vizası ilə İrana səfər edib və dekabrın 29-da İslam Respublikasının qanunlarını pozmaqda ittiham edilərək həbs edilib. 


Telegram kanalımız
Seçilən
12
yenisabah.az

1Mənbələr