Dronun operatoru çoxsaylı xəbərdarlıqlara məhəl qoymayıb
İrana məxsus pilotsuz uçan aparat (PUA) Fars körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Dwight Eisenhower” nüvə təyyarədaşıyan gəmisinin yaxınlığında uçub. AYNA xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
İddiaya görə, PUA beynəlxalq sularda olan gəminin yanından keçib, dronun operatoru çoxsaylı xəbərdarlıqlara məhəl qoymayıb.
Qeyd edək ki, noyabrın 5-də “USS Dwight Eisenhower” Yaxın Şərqə gəlib. Qeyd olunub ki, gəminin bölgəyə daxil olması ABŞ-ın regionda vəziyyəti sabitləşdirmək səyləri ilə birbaşa bağlıdır.
“Vaşinqtonun vəzifələrinə təkcə İsraili dəstəkləmək deyil, həm də İraq və Suriyada hücuma məruz qalan Amerika qoşunlarını qorumaq daxildir”, - deyə Pentaqonun açıqlamasında bildirilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta