Bakı. Trend:
İki gün əvvəl “Ulduz” stansiyasında relsin üzərinə düşən AslanovSaməddin ölüb.
Trend-in əldəetdiyi məlumata görə, o dünən günorta saatlarında xəstəxanada vəfatedib.
Xatırladaq ki, 7 yanvar saat 21:30 radələrində BakıMetropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olanzaman sərnişin relsin üzərinə düşüb.
Qeyd edək ki, 2007-ci il təvəllüdlü Aslanov Saməddin açıqkəllə-beyin travması ilə Sabunçu Tibb Mərkəzinin reanimasiyaşöbəsində müalicə alırdı. O xəstəxanaya hospitalizasiya edilənzaman vəziyyəti çox ağır qiymətləndirilib.