Olaylar-ın əldə etdiyi məlumata görə, o dünən günorta saatlarında xəstəxanada vəfat edib.
Xatırladaq ki, 7 yanvar saat 21:30 radələrində Bakı Metropoliteninin "Ulduz" stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.
Qeyd edək ki, 2007-ci il təvəllüdlü Aslanov Saməddin açıq kəllə-beyin travması ilə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsində müalicə alırdı. O xəstəxanaya hospitalizasiya edilən zaman vəziyyəti çox ağır qiymətləndirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31