RU

“Ulduz” stansiyasında relsin üzərinə düşən sərnişin xəstəxanada vəfat edib

İki gün əvvəl "Ulduz" stansiyasında relsin üzərinə düşən Aslanov Saməddin ölüb.

Olaylar-ın əldə etdiyi məlumata görə, o dünən günorta saatlarında xəstəxanada vəfat edib.

Xatırladaq ki, 7 yanvar saat 21:30 radələrində Bakı Metropoliteninin "Ulduz" stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.

Qeyd edək ki, 2007-ci il təvəllüdlü Aslanov Saməddin açıq kəllə-beyin travması ilə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsində müalicə alırdı. O xəstəxanaya hospitalizasiya edilən zaman vəziyyəti çox ağır qiymətləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
5
2
olaylar.az

3Источники