AZ

Yaponiyada 25 ilin ən böyük qrip epidemiyası qeydə alındı

Yaponiyada son 25 ildə ən böyük qrip epidemiyası qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə politanalitika.ru yazır.

Dekabrın son həftəsində 317 812 nəfərə qrip diaqnozu qoyulub ki, bu da 1999-cu ildən bəri rekord göstəricidir. Bu rəqəm 2023-cü ilin eyni dövründə qeydə alınan 104 612 hadisədən üç dəfə çoxdur.

Məlumatlar Yaponiyanın Səhiyyə Nazirliyi tərəfindən toplanılıb. Qurum ölkə üzrə 5 000 tibb klinikasında məlumatları mütəmadi olaraq izləyir. Qrip epidemiyası qış mövsümündə, xəstəliklərin ənənəvi olaraq artdığı zaman baş verir, lakin indiki artım adi haldan xeyli yüksəkdir.

Seçilən
12
2
musavat.com

10Mənbələr