AZ

Naxçıvan Qaz İstismar Xidmətinin yeni ştatı təsdiqlənib

“Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmana dəyişiklik edilib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin işçilərinin say həddi cəmi 603 ştat vahidi olmaqla, Aparat üzrə 194 ştat vahidi, yerli idarələri üzrə 409 ştat vahidi həddində müəyyən edilib.

Eyni zamanda, qurumun sədr müavinlərinin sayı artırılaraq ikiyə çatdırılıb.

Seçilən
316
50
banker.az

8Mənbələr