AZ

48 il cəza alan şəxs azadlığa çıxdı

ABŞ-nin Oklahoma ştatının məhkəməsi qətlə görə 48 il həbs cəzası yaşayan 71 yaşlı Qlin Simmonsa bəraət verib.

Medianews.az Lent.az-a istinad edərək bu barədə məlumat yayıb.

Məhkəmənin hakimi Emi Palu Böyük deyib:

“Məhkəmə konkret və inandırıcı dəlillərə əsaslanaraq müəyyən edib ki, qətl hadisəsi Simmons tərəfindən törədilməyib”.

Qeyd edək ki, amerikalı 1975-ci ildə ölüm cəzasına məhkum edilib, 1977-ci ildə isə onun cəzası ömürlük həbslə əvəz olunub. Simmons 48 il 1 ay 18 gün həbsdə yatıb ki, bu, ABŞ tarixində ədalət səhvinin qurbanı üçün ən uzun cəzadır. Onun dövlətdən 175 min dollar məbləğində təzminat tələb etmək hüququ var.

phrase_var_article.chosen
344
15
medianews.az

10phrase_var_article.sources