AZ

Azad olunan ərazilərdə salınan yaşıllıq zolaqlarının sahəsi açıqlanıb

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov azad edilmiş ərazilərdə bu il üçün planlaşdırılan yaşıllıq zolaqlarının salınması və meşələrin bərpası işlərinin yekunlaşmaq üzrə olduğunu bildirib.

MediaPost xəbər verir ki, bu barədə o, Ağdamda ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

Onun sözlərinə görə, bu il işğaldan azad edilmiş ərazilərdə 100 hektardan çox ərazidə yaşıllıq zolaqlarının salınması, 85 hektar ərazidə isə meşə-bəpa işlərinin aparılması planlaşdırılıb və artıq görülən işlər yekunlaşmaq üzrədir:

"Yaşıllıq zolaqları Zəngilan, Cəbrayıl, Füzuli və Ağdamda salınır. Füzuli Hava Limanının ərazisində 15 hektar ərazidə də əkin işləri aparılandan sonra bu il üçün yaşıllıq zolaqlarının salınması planı tamamlanacaq. Müharibədən sonra Ağdamda 20 hektar ərazidə planlaşdırılan yaşıllıq zolaqlarının salınması işləri çərçivəsində ötən dövrdə 11 hektarda yaşıllıqlar salınıb".

Meşə-bərpa işlərinə gəlincə, nazir müavini bildirib ki, Cəbrayılda 42 hektar ərazidə işlər başa çatdırılıb: "Zəngilanda 40 hektar, Füzulidə isə 2 hektar ərazidə meşə-bərpa işləri ilin sonuna kimi tamamlanacaq".

Xəbərlər departamenti

Seçilən
64
4
mediapost.az

5Mənbələr