AZ

Çin nadir metal texnologiyalarının ixracına qadağa qoyub

Çin elektromobillərdən müdafiə sənayesinə qədər bir çox sənaye sahələrində istifadə edilən nadir metalların emalı üçün bəzi texnologiyaların ixracını qadağan edib.

MediaPost xəbər verir ki, Çin Ticarət Nazirliyi nadir metallardan maqnit istehsalına imkan verən texnologiyaları “İxrac Qadağan və Məhdud Texnologiyalar Kataloqu”na daxil edib. Nəzərinizə çatdıraq ki, nadir metallardan istehsal edilən maqnitlər elektrik nəqliyyat vasitələri və külək turbinləri kimi gücü hərəkətə çevirən hissələrin tikintisində istifadə olunur.

Çinin bu addımı ABŞ-ın çip texnologiyalarına tətbiq etdiyi ixrac nəzarəti və investisiya məhdudiyyətlərinə qarşı addım kimi qiymətləndirilir. Nadir metalların təxminən 70%-i istehsal edən Çin qlobal emal gücünün 85%-ə malikdir.

Xatırladaq ki, Pekin administrasiyası avqustun 1-dən çip istehsalında istifadə olunan qalium və germaniumun ixracını məhdudlaşdırmaq qərarına gəlib. Digər tərəfdən, elektrikli avtomobil akkumulyatorlarında istifadə edilən qrafit və onun törəmə məhsullarının ixracı dekabrın 1-dən etibarən “icazələr sistemi”nə tabe edilib.

Əzizə Həmidova

Xəbərlər departamenti

Seçilən
157
1
mediapost.az

2Mənbələr