AZ

Çindən nadir metal texnologiyalarının ixracına qadağa

Çin Ticarət Nazirliyi nadir metallardan maqnit istehsalına imkan verən texnologiyaları “İxrac Qadağan və Məhdud Texnologiyalar Kataloqu”na daxil edib.

Fins.az xəbər verir ki, nadir metallardan istehsal edilən maqnitlər elektrik nəqliyyat vasitələri və külək turbinləri kimi gücü hərəkətə çevirən hissələrin tikintisində istifadə olunur.

Çinin bu addımı ABŞ-ın çip texnologiyalarına tətbiq etdiyi ixrac nəzarəti və investisiya məhdudiyyətlərinə qarşı addım kimi qiymətləndirilir.

Nadir metalların təxminən 70 faizini istehsal edən Çin qlobal emal gücünün 85 faizinə malikdir.

Pekin administrasiyası avqustun 1-dən çip istehsalında istifadə olunan qalium və germaniumun ixracını məhdudlaşdırmaq qərarına gəlib.

Digər tərəfdən, elektrikli avtomobil akkumulyatorlarında istifadə edilən qrafit və onun törəmə məhsullarının ixracı dekabrın 1-dən etibarən icazəyə tabe idi.

Günel Məlikzadə
Fins.az

 

Seçilən
167
6
fins.az

7Mənbələr