AZ

“Nvidia” İsrail-Həmas müharibəsindən zərər çəkmiş mülki insanlara kömək etmək üçün 15 milyon dollar ianə toplayıb

ABŞ-ın çip istehsalçısı “Nvidia” və işçiləri İsrailin dövlət və xarici qeyri-kommersiya təşkilatlarına 15 milyon dollar ianə edib. Nəzərinizə çatdıraq ki, həmin təşkilatlar İsrailin HƏMAS silahlı qruplaşması ilə müharibəsindən zərər çəkmiş mülki şəxslərə dəstək verir.

MediaPost-un məlumatına görə, “Nvidia” bildirib ki, 30-dan çox ölkədən minlərlə işçi cəmi 5 milyon dollar ianə edib, şirkət bu məbləği ikiqat artıraraq müharibədən zərər çəkənlərə kömək etmək üçün təqdim edilən xüsusi proqram çərçivəsində 10 milyon dollara çatdırıb. Qeyd olunub ki, ianə şirkətin 30 illik tarixində ən böyük humanitar ianədir. “Nvidia” həmçinin İsrailin şimal və cənubundan təxliyə edilən ailələrə yüzlərlə kompüter bağışladığını və Yokneam ofisinin yeməkxanasından minlərlə isti yemək verdiyini bildirib.

Qeyd edək ki, İsrail və Fələstin arasındakı münaqişə minlərlə insanın ölümünə və zərər çəkməsinə səbəb olub. Müharibənin insanlara vurduğu zərərin qarşını almaq üçün “Nvidia” kimi bir çox şirkətlər zərər çəkmiş şəxslərə humanitar yardım göstərib.

Əzizə Həmidova

Xəbərlər departamenti

Seçilən
68
50
mediapost.az

10Mənbələr