AZ

2024-cü il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu imzalayıb.

Qanuna əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

“Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” Qanunla isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.

Seçilən
173
49
vergiler.az

10Mənbələr