AZ

Paşinyandan Putinə tərs sözlər: “İmkan verməyəcəm”

“Ermənistan və Mərkəzi Asiya ölkələri Avrasiya İqtisadi Birliyinin anti-Qərb strukturuna çevrilməsinin əleyhinədir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiya sözügedən qurumdan Qərbə qarşı istifadə etməyə çalışır:

“Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin Sankt-Peterburqda keçirilən toplantısında söyləyib ki, ölkəsi təşkilatı siyasi yox, iqtisadi qurum kimi qiymətləndirir. Ermənistan rəhbəri Avrasiya İqtisadi Birliyini siyasiləşdirməyə imkan verməyəcəyini də bildirib.

Paşinyan belə bir açıqlamaya niyə ehtiyac duyub?

Məsələ budur ki, gələn il Avrasiya İqtisadi Birliyinə sədrlik Ermənistana keçəcək. Görünür, Paşinyan bununla Rusiya Prezidenti Vladimir Putinə izah etmək istəyib ki, Ermənistan sədrlik dövründə Rusiyanın Avrasiya İqtisadi Birliyini anti-Qərb strukturuna çevirməsinə imkan verməyəcək. Paşinyan həm də onu izah etməyə çalışıb ki, İrəvanın istəyinə rəğmən, Kreml Avrasiya İqtisadi Birliyini siyasi struktura çevirərsə, Ermənistan birliyi tərk edəcək.

Əslində Avrasiya İqtisadi Birliyinə üzv olan Mərkəzi Asiya ölkələrinin liderləri də təşkilatı anti-Qərb strukturuna çevrillməsinin əleyhinədir. Çünki bölgə ölkələri Rusiya ilə tərəfdaşlığa baxmayaraq, Qərb dövlətləri ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək istəyirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
58
5
teleqraf.com

6Mənbələr