AZ

Qarabağda ermənilərin silah anbarı kimi istifadə etdikləri mülki obyekt aşkarlanıb - FOTO

Mina və partlayıcı qurğular ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən müsadirə edilib
Qarabağ bölgəsinin Ortakənd yaşayış məntəqəsində yerləşən və vaxtilə ermənilər tərəfindən silah-sursat anbarı kimi istifadə olunmuş mülki təyinatlı obyektə baxış keçirilən zaman içərisində xeyli sayda müxtəlif növ mina, kustar üsulla hazırlanmış əldəqayırma partlayıcı qurğu və çoxlu sayda digər döyüş sursatları aşkar edilib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, həmin mina və əldəqayırma partlayıcı qurğular Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən müsadirə edilib.

Seçilən
153
49
ayna.az

10Mənbələr