AZ

Təl-Əvivin ŞOK PLANI: "İsrail İranı dövriyəyə salmaq və Üçüncü Dünya Müharibəsinə rəvac vermək istəyir"

İsrail İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanlarından biri olan Razi Musəvini öldürüb. İran İnqilab Keşikçiləri Ordusunun Suriyadakı komandirlərindən olan Razi Musəvi İsrail ordusunun Dəməşq yaxınlığında həyata keçirdiyi hücumda həlak olub. Qeyd edək ki, Musəvi 2020-ci ildə ABŞ-ın İraqdakı hücumunda öldürülən iranlı general Qasım Süleymaninin yaxın dostu olması ilə diqqət çəkib. İran İnqilab Keşikçiləri Korpusu hücumla bağlı ilk bəyanatında “İsrail bunun əvəzini ödəyəcək” deyib.

Mövzunu "MediaPost"a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, İsrailin bu addımları İsrail-Həmas cəbhəsində vəziyyətin daha da gərginləşəcəyinə işarə edir:

alt

"Sanki, Netanyahu hökuməti İranı hər tərəfdən əhatə edərək onun bu münaqişəyə birbaşa müdaxilə etməsinə nail olmağa çalışır. Mütəxəssislərin fikrincə, İsrailin Həmasa qarşı bu qədər ciddi mövqe tutmasının əsas səbəbi İranı dövrəyə soxmaqdır. İran İsrailə qarşı birbaşa müdaxiləyə başlayarsa, Təl-Əvivin hansı addımları atacağı isə sual doğurur. Lakin bu sualın cavabı birmənalı deyil. İsrailin bu şəraitdə istəyi ABŞ və digər dövlətlərin İrana qarşı müharibəyə başlamasını təmin etməkdir. Bununla da, Təl-Əviv Üçüncü Dünya Müharibəsinin başlanmasına rəvac vermək niyyətindədir. Görünən odur ki, "Həmas"a qarşı müharibənin İsrail və ABŞ üçün istənilən nəticəni verməyəcəyini artıq başa düşüblər".

Müşviq Tofiqoğlu

Seçilən
81
50
mediapost.az

10Mənbələr