AZ

Fransa dünyada öz nüfuzunu itirməkdədir (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

Rəsmi Paris Azərbaycana qarşı beynəlxalq hüququn bütün norma vəprinsiplərini pozaraq qərəzli, ədalətsiz münasibət göstərib.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəylideyib.

O bildirib ki, belə təbliğat, təxribat xarakterli addımlarFransa tərəfindən bu gün də davam etdirilir.

"Zaman keçdikcə Azərbaycanın səyləri nəticəsində Fransanın içüzü təkcə Azərbaycan üçün deyil, bütüb beynəlxalq ictimaiyyət üçünaçılıb. Son dövrlərdə Fransanın öz diplomatlarından kəşfiyyatçıkimi istifadə etməsi barədə məlumatların yayılması və bu faktlarınxüsusilə də beynəlxalq media resurslarında yer alması nəticəetibarilə rəsmi Parisin son illər ərzində özünün geosiyasiiddialarını gerçəkləşdirməsi üçün əl atdığı bütün istiqamətləriortaya qoyur. Bu Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır.Fransa faktiki olaraq bütün dünyada öz nüfuzunu itirməkdədir", -deyə o, vurğulayıb.

Qeyd edək ki, bu gün Fransanın Azərbaycandakı səfiri Ann BuayonXarici İşlər Nazirliyinə çağırılıb.

Bildirilib ki, Fransa Səfirliyinin iki əməkdaşının diplomatikstatuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında”1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edənfəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən“persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransasəfirinin diqqətinə çatdırılıb, həmin şəxslərin 48 saat ərzindəAzərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiqnotası Fransa səfirinə təqdim edilib.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Seçilən
289
50
az.trend.az

10Mənbələr