AZ

Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı 270 manat olacaq

Gələn il ehtiyac meyarının həddi 270 manat olacaq.

Bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanunda əksini tapıb.

Həmçinin Prezidentin imzaladığı “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanunda bildirilir ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, 2023-cü ildə yaşayış minimumu və ehtiyac meyarı 246 manat olub.

Seçilən
178
49
oxu24.com

10Mənbələr