AZ

Bank kartları ilə bağlı cinayət hallarının artmasının səbəbi açıqlanıb

Baş Prokurorluğun idarə rəisi Natiq Abdullayev bank kartları ilə bağlı cinayət hallarında artım olduğunu bildirib.

MediaPost-un məlumatına görə, o, bunun əsas səbəblərindən birini vətəndaşların plastik kartlardan istifadə ilə bağlı yetərli məlumatlarının olmamasını göstərib.

N.Abdulayev deyib ki, vətəndaş bilmədən könüllü olaraq məlumatlarını dələduzlara ötürür: "Bununla bağlı marrifləndirmə işləri aparılır. Vətəndaş belə dələduzluq halı ilə rastlaşırsa, kart məlumatlarını dondurmalı və aidiyyəti qurumlara müraciət etməlidir. Bu il yaradılan DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində müvafiq işlər görülür”.

Xəbərlər departamenti

Seçilən
48
13
mediapost.az

10Mənbələr