AZ

Qərb Ermənistanda sülhün bərqərar olmasına istəmir – Lavrov

Qərb dövlətləri Ermənistana və bütün Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır, onların vəzifəsi Moskvanı sıxışdırmaqdır. Vətəninfo.az xəbər verir ki, bunu TASS-a eksklüziv müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Ermənistan indi bir sıra problemlərlə üz-üzədir. Üstəlik, Qərb oyunçularının köməyi ilə onları dayandırmaq mümkün olmayacaq. ABŞ və Aİ Rusiyadan fərqli olaraq, respublikada və bütün Cənubi Qafqazda sülh və sabitlik bərqərar etməyə çalışmır”, – deyə rusiyalı nazir qeyd edib.

Onların vəzifəsi tamam başqadır: Moskvanı və digər regional gücləri sıxışdırıb çıxarmaq, Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik ocağı yaratmaq”, – Lavrov əlavə edib.

Eyni zamanda, Rusiya diplomatik departamentinin rəhbərinin vurğuladığı kimi, “çətin vəziyyətdən çıxış yolu bəllidir: İrəvan, Bakı və Moskvanın üçtərəfli sazişlərini ən yüksək səviyyədə həyata keçirmək”.

Seçilən
103
11
veteninfo.az

10Mənbələr