AZ

Minaya düşən ANAMA əməkdaşından xəbər var

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdamda minaya düşən əməkdaşı Zaur Mahmudovun vəziyyəti stabildir.

Globalinfo.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq yaralının müalicə aldığı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasından məlumat verilib.

Qeyd olunub ki, Z.Mahmudov palataya köçürülüb.

Xatırladaq ki, dekabrın 26-da işğaldan azad edilən Ağdam rayonunun Sarıcalı kəndi ərazisində piyada əleyhinə mina partlaması nəticəsində ANAMA-nın xidməti vəzifəsini yerinə yetirən əməkdaşı, Qazax rayon sakini, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xəsarət alıb. O, əvvəlcə Ağdam Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Gəncə şəhər Mərkəzi Klinikasına, ən son isə Bakıya təxliyə edilmişdi. Ona sol daban, ayaq daraq sümüklərinin açıq yarası diaqnozu qoyulub.

Seçilən
114
29
globalinfo.az

10Mənbələr