AZ

Astara 40 minlik təmir - Sifariş 6 ayın şirkətinə verilib

Astara Rayon İcra Hakimiyyəti Astara şəhərində yaşayış binalarının əsaslı təmiri ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. Valyuta.az xəbər verir ki, sorğunun qalibi “ASA-Tikinti” MMC seçilib. Təmir işləri icra hakimiyyətinə 40.996,6 AZN-ə başa gələcək. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “ASA-Tikinti” MMC 15 mart 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 60 AZN olan şirkətin hüquqi ünvanı Masallı rayonu, Təkadam kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi İbrahimov Eldəniz Məhərrəm oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. Bu baxımdan, şirkətin maddi-texniki bazasının hansı səviyyədə oldğunu söylmək mümkün deyil.“Dövlət satınalmaları haqqında” Qanunun  6.2.1-ci maddəsinə görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığın olması lazımdır.6 ayın şirkətinin bu şərtlərə cavab verdiyi inandırıcı görünmür. Hüseyn

Seçilən
179
2
yenimedia.az

2Mənbələr