AZ

“Qarabağ” bunu XXI əsrdə 3-cü dəfə bacardı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün qış çempionu olan “Qarabağ” 18 matçda 45 qol vurub.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı komandanın orta məhsuldarlığı 2,50-yə bərabərdir.

21-ci əsrdə 6-cı dəfə 18 oyundan sonra komandalardan birinin məhsuldarlığı belə yüksək olub. Yalnız “Qarabağ”, “Şəmkir” və “Neftçi” buna nail olub.

Ağdam təmsilçisi 2003/2004 mövsümündə 51, ötən çempionatda isə 48 dəfə fərqlənib. 2000/2001 mövsümünün 18 oyununda 54 qol vuran “Şəmkir” bu göstəricidə əsrin rekordçusudur. Həmin mövsüm “Neftçi” 49, bir il sonra “Şəmkir” 46 qola imza atıb.

Xatırladaq ki, ölkə çempionatları tarixində ilk 18 tur üçün mütləq rekord 63 qola bərabərdir. 1998/99 mövsümündə “Kəpəz”in orta göstəricisi 3,50 olub.

Seçilən
169
10
arena.az

10Mənbələr