İşğaldan azad edilmiş ərazilərdə 2023-cü ildə “AzərEnerji” tərəfindən 12 yarımstansiya və su elektrik stansiyası istifadəyə verilib.
Qurumdan verilən məlumata görə, Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan – Türkiyə – Avropa ölkələr-arası beynəlxalq enerji dəhlizi layihəsi çərçivəsində tikilən 330 kilovoltluq “Cəbrayıl” qovşaq yarımstansiyası istismara verilib. Həmçinin “yaşıl enerji” strategiyasına uyğun olaraq il ərzində Kəlbəcər rayonunda “Çıraq-1”, “Çıraq-2”, “Qamışlı”, “Soyuqbulaq” və “Meydan”, eləcə də Laçın rayonunda “Mişni” və “Alxaslı” kiçik su elektrik stansiyaları yenidən qurularaq istismara buraxılıb.
Yola salmağa hazırlaşdığımız 2023-cü ildə “AzərEnerji” tərəfindən Laçında yeni tikilən 110 kilovoltluq “Qorçu” yarımstansiyasının və “Laçın” şəhər qovşaq yarımstansiyasının açılışı həyata keçirilib. Bununla yanaşı, Prezident İlham Əliyev “AzərEnerji”nin yeni tikilən 10,5 meqavat gücündə “Cahangirbəyli” su elektrik stansiyasının açılışında iştirak edib. Dekabr ayında isə 110 kilovoltluq “Ağdam” qovşaq yarımstansiyasının açılışı həyata keçirilib. İlin ən yaddaqalan hadisələrindən biri isə, heç şübhəsiz, 19-20 sentyabr antiterror tədbirlərindən cəmi 4 gün sonra Xankəndi və digər ərazilərin Azərbaycanın enerji sisteminə qoşulması olub.
İşğaldan azad edilmiş ərazilərdə il ərzində “AzərEnerji”nin 9 elektrik stansiyasının tikintisinə başlanılıb. Bununla yanaşı, hazırda Qarabağ və Şərqi Zəngəzurda ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal edəcək 3 su elektrik stansiyasının tikintisi davam edir. Artıq bir neçə stansiyanın tikintisi başa çatdırılıb. Bütövlükdə isə 2024-cü ildə işğaldan azad edilmiş ərazilərdə 12 stansiyanın isə istismara verilməsi nəzərdə tutulub.
XQ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta