AZ

"Dostluq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesi təbrik edib.Təbrikdə deyilir:“Hörmətli cənab Prezident,Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.Biz Azərbaycan-Kuba ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.Bu xoş fürsətdən istifadə edərək Yeni, 2024-cü il münasibətilə də Sizə ən səmimi təbriklərimi çatdırır, dost Kuba xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Seçilən
263
49
dia-az.net

10Mənbələr