AZ

Film istehsalı ilə bağlı vergi güzəştinin tətbiqinə başlanılır

Tarix: 1 Yanvar 2024 18:48

Bu gündən film istehsalı ilə bağlı vergi güzəşti tətbiq olunacaq.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Azərbaycan Respublikasında qeydiyyatdan keçən və film istehsalını, habelə dublyajını həyata keçirən, mikrosahibkarlıq subyekti olmayan kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-i 2024-cü il yanvarın 1-dən 3 il müddətinə mənfəət vergisindən azad edilib.
Milli.Az

Seçilən
140
28
sonxeber.net

10Mənbələr