AZ

Ölkədə çörəyin qiyməti ilə bağlı dəyişiklik

Bu ildən Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il müddətinə ƏDV-dən azad edilib.
BUTA.TV xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib. Bu güzəştin müddəti 2027-ci il yanvarın 1-nə kimi uzadılıb. Qeyd edək ki, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən güzəşt müddətinin iki dəfə uzadılmaqla vergidən azad edilmişdi.

Ölkədə ƏDV dərəcəsi 18% təşkil edir.

Seçilən
334
23
buta.tv

10Mənbələr