AZ

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu Braziliya klubunda

Azərbaycanda “Neftçi” və “Qarabağ”ın formasını geyinmiş Aylton Silva karyerasını ölkəsi Braziliyada davam etdirəcək.



Komanda.az xəbər verir ki, 28 yaşlı müdafiəçi bu ildən C Seriyasında çıxış edəcək.



Sol cinah oyunçusu “Amazonas” klubu ilə anlaşıb. Rusiyanın “Rodina” klubundan ayrıldıqdan sonra bir ilə yaxındır futbolsuz qalan Aylton “Amazonas”la bir mövsümlük müqavilə bağlayıb. Hazırda çempionatda üçüncü pillədə qərarlaşan komandanın hədəfi B Seriyasına yüksəlməkdir.



Silva 2015/2016 mövsümündə “Neftçi”nin, 2019/2020 mövsümündə isə “Qarabağ”ın formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərNeftçi futbol klubu Qarabağ Futbol Klubu

Seçilən
252
19
komanda.az

10Mənbələr