AZ

LOT Varşavadan Bakıya uçuşların sayını artırmaq istəyir

Polşanın LOT aviaşirkəti Varşavadan Bakıya, Tbilisiyə, İrəvana, Tokioya və Seula uçuşların sayını artırmağı planlaşdırır.

MediaPost Polşa mətbuatına istinadən xəbər verir ki, LOT aviaşirkəti bu il, həmçinin bir neçə istiqamət üzrə reysləri bərpa etməyə hazırlaşır. Bu istiqamətlər Afinaya, Ər-Riyada, Pekinə və Daşkəndədir.

Qeyd edək ki, LOT aviaşirkəti 2022-ci ilin may ayının 27-də Varşavadan Bakıya birbaşa reyslərə başlayıb. Varşavanın Şopen Beynəlxalq Aeroportundan Bakıya uçuşlar həftədə dörd dəfə (çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günləri) həyata keçirilir.

Xəbərlər departamenti

Seçilən
64
50
mediapost.az

10Mənbələr