Namizədliyinin irəli sürülməsi təsdiq edilən 10 nəfər hələ də imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim etməyib.
Modern.az-ın məlumatına görə, indiyədək 17 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Namizədliklər təsdiq edilən şəxslərə 40 min imza toplamaları üçün imza vərəqələri təqdim edilib. İndiyədək sadəcə 7 nəfər imza vərəqələrini geri qaytarıb.
Namizədliyi hakim partiya tərəfindən irəli sürülən Prezident İlham Əliyevin imza vərəqələri dekabrın 26-da geri qaytarılıb. Dörd gün sonra onun namizədliyi qeydə alınıb.
Deputatlar Zahid Oruc, Fazil Mustafa, Razi Nurullayev, Qüdrət Həsənquliyev, həmçinin Fuad Əliyev və Elşad Musayev də imza vərəqələrini MSK-ya qaytarıb. Hazırda onların təqdim etdikləri imzalar yoxlanılır.
Namizədliyi özlərinin təşəbbüsü ilə irəli sürülən 10 nəfər isə imza vərəqələrini hələ də geri qaytarmayıb. Onlar aşağıdakılardır:
1. Kərimov Sərvan
2. Mütəllimli Mətləb
3. Səmədov Abutalıbov
4. Yusifov Fikrət
5. Bağırzadə Yusif
6. Abdulkərimov Arzuman
7. Yunus Oğuz
8. Əlibəyli Qulamhüseyn
9. Səfərov Namizəd
10. Temirxan Əvəz
"Cebhe.info"