Azərbaycandakı banklarının 12 ay müddətinə Manat əmanəti faizlərini təqdim edirik.
“Marja.az” araşdırmasına əsasən, bu günə olan məlumata görə, 12 ay müddəti üzrə ən yüksək əmanət faizlərini Bank of Baku, Bank VTB Azərbaycan, Bank BTB, Rabitəbank, Expressbank, Naxçıvanbank, Yelo Bank və Turanbank təklif edir.
Hazırda illik faiz dərəcəsi 12%-ədək olan manat əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. İllik faiz dərəcəsi 12%-dən yuxarı olan əmanətlər üzrə sığorta hadisəsi baş verdikdə (bank müflis olduqda, lisenziyası ləğv edildikdə) kompensasiya ödənilmir. Eyni zamanada, illik dərəcəsi 12%-ədək olan, lakin məbləği 100 min manatdan çox olan əmanətlər üzrə 100 min manatadək kompensasiya ödənilir.
Bildiyimiz kimi, 2023-cü il 1 fevral tarixində bitdiyindən həmin tarixdən etibarən banklar tərəfindən əmanətlər üzrə faiz gəlirlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulurdu.
Vergi Məcəlləsində bank əmanətləri üzrə faiz gəlirlərinin vergiyə cəlbində məbləğdən asılı olaraq yeni dəyişikliklər edilib. Belə ki, 01 Yanvar 2024-cü il tarixindən yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilir. Qeyd edək ki, depozit 18 ay və daha uzun müddətə yerləşdirən zaman faiz gəlirləri daha yüksək ola bilər.
Bundan başqa, qanunvericiliyə hər bir bankda milli valyutada olan əmanətlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək hissəsinin fiziki şəxslərin gəlir vergisindən azad edilməsi ilə bağlı dəyişiklik olunub. Digər hallarda faiz gəlirlərindən banklar tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulması nəzərdə tutulur. Bu, həm milli, həm də xarici valyutada olan faiz gəlirlərinə aid ediləcək.
07.01.2024-cü il tarixinə bankların 1 illik (12 ay) müddətinə Manat əmanəti üzrə faiz dərəcələri:
*“Bank Melli İran” Bakı filialının əmanət şərtləri barədə məlumat əldə etmək mümkün olmayıb.
**Müddətli depozit məhsulu "PAŞA Bank"ın kart sahiblərinə təklif olunur. Faizlər depozitin müddəti və faizlərin alınması sxemindən asılı olaraq təyin olunur. Minimal məbləğ 20 000 ş.v təşkil edir.
***Əmanətin məbləği: minimum 500 AZN, maksimum 500 000 AZN/USD/EUR.
****Turanbankda əmanət onlayn yerləşdirdikdə faizlər 10% (aylıq) və 10,50% (müddətin sonunda) təşkil edir.
Qeydlər:
- Cədvəldə; faizlərin "hər ay" və "müddətin sonunda" götürülməsindən asılı olaraq 1 illik (12 ay) qəbul edilən Manat əmanətinin faizləri göstərilib.
- Bir sıra banklar əmanətin məbləğindən və müddətindən asılı olaraq müştəriyə əlavə faiz, bonus, kart, hədiyyələr və imtiyazlar (aşağı faizlə, zaminsiz kredit) təqdim edirlər.