AZ

Anna Yusupova "Dubai Marathon"da Azərbaycan rekorduna imza atıb

Azərbaycan atleti Anna Yusupova marafon qaçışı üzrə ölkə rekorduna imza atıb.

Azərbaycan Atletika Federasiyasından MediaPost-a verilən məlumata görə, idmançı buna Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Marathon" yarışında nail olub.

Yusupova məsafəni 2 saat 42 dəqiqə 32 saniyəyə qət edərək 12-ci yeri tutub.

Xəbərlər departamenti

Seçilən
200
42
mediapost.az

10Mənbələr